
Venesuela ABŞ-ı balıqçı gəmisini ələ keçirməkdə ittiham edib
13 Sentyabr 22:59
13 Sentyabr 22:59
13 Sentyabr 22:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında sazişin tez bir zamanda imzalanmasını istəyirik”.
Bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maninq keçirdiyi mətbuat konfransında deyib.
Səfir bildirib ki, bu saziş ticarət sahəsini əhatə edəcək.
“Biz istəyirik ki, almaniyalı iş adamları Azərbaycana səfər etsinlər və öz təcrübələrini Azərbaycana gətirsinlər”, - deyə diplomat vurğulayıb.
Almaniya səfiri qeyd edib ki, saziş həm də xaricdən Azərbaycana qoyulan investisiyalar üçün hüquqi baza yaradacaq.
“Dağlıq Qarabağ mürəkkəb bir münaqişədir. Amma ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəflər arasında qarşılıqlı və sakit dialoqu təmin edə biliblər. Buna görə biz ATƏT-in Minsk Qrupunun həmsədrlərinə təşəkkür edirik”-deyən səfir bildirib ki, münaqişələrin həllində səbrli olmaq lazımdır və münaqişələrin həlli üçün zamana ehtiyac var.
Səfir Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşünə də münasibət bildirib. Diplomatın sözlərinə görə, münaqişə həllini tapmasa da, nazirlərin danışıqlar aparması yaxşıya doğru bir işarədir.
Almaniya səfiri ölkəsinin Avropa İttifaqı institutlarında və beynəlxalq qurumlarda sədr statusundan istifadə edərək müəyyən məsələlərin həllinə kömək edəcəyini qeyd edib: “Mənim üçün vacib olan praktiki həll yolunun tapılması, xalqların, insanların yaxınlaşması və bir-biri ilə danışmasıdır”.