“Ermənistana sanksiyalar tətbiq edilməlidir” Siyasət

“Ermənistana sanksiyalar tətbiq edilməlidir”

Ermənistanın xarici işlər naziri Mnatsakanyan İrəvan üçün İranın ABŞ-dan daha vacib ölkə olduğunu bildirib. Həmçinin, Ermənistanın Tehranla iqtisadi əməkdaşlığı genişləndirmək üçün ətraflı planlar həyata keçirdiyini vurğulayıb.
Buna münasibət bilsdirən politoloq Fikrət Sadıqov “əgər Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan hesab edirsə ki, İrəvan üçün İran ABŞ-dan daha vacibdir, deməli Ermənistana qarşı da müəyyən sanksiyalar tətbiq olunmalıdır”, - deyə bildirib. Politoloq əlavə edib ki, rəsmi Vaşinqton aparıcı dövlətlərlə birlikdə sağlam düşüncəli siyasət aparsaydı Ermənistana sanksiyalar tətbiq oluna bilərdi: “Bunun belə bir ifadələri, bu cür yanaşması o deməkdir ki, İranda və digər dünya siyasətində baş verən hadisələri dəstəkləyir. Ona görə də ABŞ İrana qarşı sanksiyalar tətbiq etdiyi kimi Ermənistana da tətbiq etməlidir. Amma başqa həqiqət də ondadır ki, Ermənistan digər bir reallığı da təsdiq edir. O təcrid olunmuş bir ölkədir. Nə Türkiyə, Nə Azərbaycanla münasibətləri var. Əlbəttə, belə şəraitdə onun İranla yaxınlıq etməyə böyük ehtiyacı var. Görünür, bu ehtiyac o qədər böyükdür ki, erməni rəsmiləri bunu heç gizlətmir və açıq şəkildə bəyan edir”.
Fikrət Sadıqov həmçinin əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan sülhə meylli deyil: “O əksinə müharibənin başlanmasının tərəfdarıdır. Görünür onun müəyyən planları var və pölanları həyata eçirmək üçün o Azərbaycanı təxribata sürükləməyə çalışır”. Paşinyanın son dövrlərdə ölkəsində reytinqinin aşağı düşdüyünü deyən politiloq söyləyib ki, Ermənistan baş nazirinin artıq etdiyi çıxşlar ciddi qəbul edilmir: “Çünki, Ermənistan xalqının onun hakimiyyətə gəlişi zamanı verdiyi vədlərlə bağlı bir sıra ümidləri var idi. Amma zaman keçdikcə, real vəziyyət göstərdi ki, onun nə daxili, nə də xarici siyasətdə heç bir dəyişiklik etməyə qadir deyil. Bu baxımdan onun müxtəlif bəhanələr ortaya ataraq, digər problemlərdən yayındırmaq, ölkəsindəki vəziyyəti unutdurmaq üçün Azərbaycanı təxribata çəkmək niyyətləri görünməkdədir”.
F. Sadıqov söyləyib ki, Paşinyanı sülhə məcbur etmək mümkündür: “Lakin bunun üçün hegemon dövlətlər, eləcə də ATƏT-in Minsk qrupu həmsədrləri öz qəti mövqelərini ortaya qoymalıdırlar. Çox təəssüf ki, aparıcı dövlətlər yalnız öz maraqları çərçivəsində qəti mövqelərini ortaya qoyur, müxtəlif tədbirlər həyata keçirir, qətnamələrin yerinə yetirilməsində siyasi addımlar atırlar. Amma bu gün onlar Azərbaycanı Ermənistanla bərabərləşdirərək, dəyirmi masalar arxasında dəvət edirlər. Lakin onlar bilməlidirlər ki, ortada Azərbaycanın işğal olunmuş torpaqları, 1 milyondan çox yurd-yuvasından didərgin düşən insanlar, azərbaycanlılara qarşı təmizləmələr var. Bu baxımdan atılan addımlar ədalətli olmalıdır”.