Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
15 Oktyabr 2019 11:36
1 918
Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi və MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə görüşündəki çıxışı ilə erməniləri ifşa etdi.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda keçirilən iclasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın İdarə Heyətinin sədri Tural Gəncəliyev deyib.
T.Gəncəliyev bildirib ki, Prezidentin Ermənistan rəhbərliyinin apardığı səhv siyasəti ifşa etməsi bizim hər birimiz üçün örnək və nümunədir: “Bütün dünyada ermənilərin ifşa edilməsi istiqamətində addımlar atmalıyıq. Ermənistan rəhbərliyi zaman-zaman saxta iddialarla çıxış edərək Ermənistan-Azərbaycan münaqişə tərəfləri ilə yanaşı, Qarabağ ermənilərinin “Artsax” deyilən cinayətkar qurumunun iştirakını 3-cü tərəf kimi qoyur və danışıqlar formatına zərbə vurmaq məqsədilə müxtəlif hərəkətlər edir. Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması olaraq erməni icması ilə danışıqları diqqətdə saxlamalıyıq. Ermənilərin saxta iddiasına onların hansısa münaqişə bağlı təxribat xarakterli bəyanatlarına həmişə cavab verməliyik. Prezidentin söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bizi bir daha əmin edir ki, tez bir zamanda öz torpaqlarımıza qayıdacağıq. Bu bəyanatdan sonra əminik ki, torpaqların işğaldan azad edilməsi və geri qayıtmağımız üçün zəmin hazırlanır. İnformasiya müharibəsinin getdiyi bütün platformalarda aktiv olmalıyıq”.
15 Sentyabr 22:46
609
15 Sentyabr 19:06
777
15 Sentyabr 18:54
1 113