“Torpaqlarını azad etmək Azərbaycanın haqqıdır” Siyasət

“Torpaqlarını azad etmək Azərbaycanın haqqıdır”

Mövlud Çavuşoğlu: "Atəşkəs rejiminin pozulması işğal faktına dünya birliyinin biganə münasibətinin nəticəsidir"

Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində tez-tez atəşkəs rejimini pozması Azərbaycan torpaqlarının iyirmi faizinin işğal olunmasına dünya birliyinin biganə münasibətinin nəticəsidir.
Bu sözləri Türkiyənin Avropa İttifaqı üzrə naziri Mövlud Çavuşoğlu "TRT haber" televiziya kanalına müsahibəsində söyləyib.
Siyasətçi daha sonra deyib ki, işğal altında olan torpaqlarını azad etmək üçün siyasi və hərbi mübarizə aparmaq Azərbaycanın haqqıdır: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri fəallığı artırmalıdırlar. Dünya birliyi anlamalıdır ki, Dağlıq Qarabağ və bu cür münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllini tapmaması milli, dini və ərazi zəminində digər münaqişələrin yaranmasına səbəb olcaq".