Kreml: Rusiya Ukraynanın Bryansk şəhərinə hücumuna cavab verəcək
Ukrayna Bryanska Fransa-Britaniya istehsalı "Storm Shadow" raketləri ilə zərbə endirib
Rusiyadan Ermənistana gedən taxıl yüklü vaqonlar bu gün Bakıdan yola salınıb
İrandan indiyədək Azərbaycan sərhədi ilə 2168 nəfər təxliyə edilib
“Naxçıvan Taxıl Məhsulları” MMC-nin rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
14 Yanvar 2020 11:43
2 422
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Kəngərli, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Kürdlər kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.