Oleq Kuznetsov : Azərbaycanda seçki prosesi yüksək ictimai fəallıq şəraitində həyata keçirilir Siyasət

Oleq Kuznetsov : Azərbaycanda seçki prosesi yüksək ictimai fəallıq şəraitində həyata keçirilir

Müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, Azərbaycanda parlament seçkilərinə hazırlıq prosesi yüksək ictimai fəallıq şəraitində həyata keçirilir.
Bunu Secki-2020.az saytına açıqlamasında rusiyalı siyasi analitik Oleq Kuznetsov söyləyib.
Azərbaycanda keçiriləcək parlament seçkilərində müşahidəçi qismində iştirak edəcəyini bildirən Oleq Kuznetsov deyib: “Azərbaycanın seçki qanunvericiliyinə uyğun olaraq, çoxlu sayda insan namizədlik üçün müraciət edib. Azərbaycan cəmiyyətinin ictimai fəallarının böyük əksəriyyətinin namizədliyi qeydə alınıb”.
Analitik qeyd edib ki, namizədliyin irəli sürülməsi və qeydə alınması prosesi qanunla müəyyən edilmiş bütün demokratik prosedurlara tam uyğun həyata keçirilib.