Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
11 İyun 2020 10:15
3 913
İyunun 10-da Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov ilə BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı Rezident Nümayəndəsi Alessandro Frakasetti arasında videokonfrans formatında görüş keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində görülən tədbirlər haqqında fikir mübadiləsi aparılıb.
Bu xüsusda BMT-nin COVID-19 pandemiyasının Azərbaycan da daxil olmaqla bütün ölkələrdə sosial-iqtisadi təsirinin qiymətləndirməsi ilə əlaqədar proqramı barədə danışılıb. Baş Nazirin müavini təqdim edilmiş proqramın müvafiq qurumlar tərəfindən öyrənildiyini bildirib.
Əli Əhmədov Azərbaycanda COVID-19 pandemiyasının əmək və məşğulluq sahəsinə mənfi təsirinin azaldılması, özünüməşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində aparılan işlər barədə danışıb.
Görüşdə, həmçinin ətraf mühit və iqlim dəyişmələri məsələləri ətrafında müzakirələr aparılıb. Baş Nazirin müavini ölkəmizin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Sazişindən irəli gələn öhdəliklərini sistemli şəkildə həyata keçirdiyini qeyd edib.
15 Sentyabr 22:46
630
15 Sentyabr 19:06
798
15 Sentyabr 18:54
1 141