Səhiyyə nazirinin müavini: "İran koronavirusla mübarizədə Azərbaycanla əməkdaşlığa hazırdır" Siyasət

Səhiyyə nazirinin müavini: "İran koronavirusla mübarizədə Azərbaycanla əməkdaşlığa hazırdır"

İran koronavirusla mübarizədə Azərbaycan dövləti ilə hərtərəfli əməkdaşlıq etməyə tam hazırdır.
Bunu APA-nın Tehran müxbirinə açıqlamasında İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi deyib.
Azərbaycanda koronavirusla mübarizə sahəsində görülən işlərdən danışan İ.Hərirçi bildirib ki, İran Səhiyyə Nazirliyi Aazərbaycana yardım etməyə tam hazırdır: “İranın bu sahədə uğurlu təcrübəsi var. Biz bu təcrübələrin və xüsusi mütəxəssislərdən ibarət komandanın Azərbaycana göndərilməsinə hazırıq”.
İ.Hərirçi İranın Azərbaycana test texnologiyası və xəstəxana avadanlqları göndərməyə, eləcə də dərman istehsalında yardım etməyə hazır olduğunu da bildirib.