Səfir: ABŞ və Azərbaycanı vacib tərəfdaşlıq birləşdirir Siyasət

Səfir: ABŞ və Azərbaycanı vacib tərəfdaşlıq birləşdirir

ABŞ və Azərbaycanı vacib tərəfdaşlıq birləşdirir.
Trend-in məlumatına görə, bunu 4 iyul ABŞ-ın Müstəqillik günü ilə əlaqədar videomüraciətində bu ölkənin Azərbaycandakı səfir Erl Litsenberger deyib.
O, həmçinin Azərbaycanın suverenliyi və müstəqilliyini dəstəkləməkdən qürur duyduğunu bildirib.
Səfir qeyd edib ki, adətən iyulun 4-də ABŞ səfirliyində Müstəqillik günü qeyd olunur:
"Ötən il biz bir çox azərbaycanlı dostumuzu səfirlikdəki gözəl tədbirdə qəbul etmişdik, daha çox qonaq isə "Facebook" vasitəsilə canlı yayımda bizə qoşulmuşdu. Bu il COVID-19 pandemiyası ilə əlaqədar əvvəlki kimi toplana bilmirik. Amma bu o demək deyil ki, ABŞ-ın müstəqillyinin 244-cü ildönümü videoəlaəq vasitəsilə qeyd oluna bilməz".