22 Sentyabr 2020 12:47
2 009
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 23-də Gürcüstana səfər edəcək.
Bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, səfər çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlıq, o cümlədən münasibətlərin və əməkdaşlığın dərinləşdirilməsi, eyni zamanda iki ölkə arasında reallaşdırılan qarşılıqlı layihələr müzakirə ediləcək.