Milli Məclisin Aqrar siyasət komitəsi iş planını açıqladı - FOTO Siyasət
- 22 Sentyabr 2020 14:10
- 1 365
Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin 2020-ci ilin payız sessiyasında ilk iclası keçirildi.
Komitə sədri Tahir Rzayev həmkarlarını yeni sessiyanın başlanması münasibəti ilə təbrik etdi və onlara qarşıdakı payız sessiyasında uğurlar arzuladı.
Sonra T.Rzayev 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlərə dair hesabatı təqdim etdi. Vurğulandı ki, ötən dövrdə komitə gərgin işləyib. 7 iclas keçirilib, 17 məsələ müzakirə olunub. Ötən dövrdə komitədə “İstehsalat və məişət tullantıları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında” “Ovçuluq haqqında” “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Yeyinti məhsulları haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Torpaq icarəsi haqqında”, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanunlarda, Torpaq Məcəlləsində, İnzibati Xətalar və Mülki Məcəllələrdə dəyişiklik edilməsi barədə sənədlərə baxılaraq, Milli Məclisin plenar iclasına tövsiyə edilib. Bu qanun layihələrinin əksəriyyəti qəbul olunub.
Sessiyalar ərzində komitənin ünvanına daxil olmuş 31 təklif, ərizə və şikayətə baxılıb, müvafiq qaydada həll edilib, bəziləri araşdırılması üçün müvafiq təşkilatlara göndərilib. Hesabat dövründə komitənin üzvləri ölkə daxilində keçirilmiş tədbirlərdə, mətbuatda müxtəlif səpgili çıxışlar edərək ölkəmizin siyasi və iqtisadi sahələrdə əldə etdiyi uğurlar barədə vaxtaşırı seçicilərini məlumatlandırıblar. Hesabat məqbul hesab edildi.
Sonra komitənin 2020-ci ilin payız sessiyası üçün qanunvericilik işləri planı müzakirə edildi. Bildirildi ki, qarşıdakı sessiyada iş planına Azərbaycan Prezidentinin, Respublika Ali Məhkəməsinin, Baş Prokurorun, Milli Məclisin deputatlarının, Naxçıvan MR Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi sənədlərin müzakirəsi, “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin hazırlanması, bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə məsələlər daxil edilib.
Millət vəkilləri Eldar İbrahimov, Cavanşir Paşazadə, İqbal Məmmədov, Aydın Hüseynov, Azər Badamov, Müşfiq Cəfərov, Emin Hacıyev müzakirə ediləcək sənədlərlə ilə bağlı fikirlərini açıqladılar, təkliflərini bildirdilər. İş planı təsdiq edildi.
- 19:31
- 434
- 19:31
- 448
- 19:25
- 455
-
Bu iki ölkə Türkiyə qarşısında öhdəliklərini bir daha təsdiqlədi
-
Milli Məclisdə İspaniya Parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib - FOTO
-
VI Mədəniyyətlərarası Dialoq Forumu xarici mətbuatın diqqət mərkəzində
-
Qırğızıstan vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
-
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
-
Adil Kərimli Slovakiya Mədəniyyət Nazirliyinin dövlət katibi ilə görüşüb
-
Gürcüstanda azərbaycanlı iş adamını qətlə yetirən şəxs ömürlük azadlıqdan məhrum edilib
-
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
-
Zaqatalada narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı
-
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
-
Ruben Vardanyanın gəlirlərinin mənbəyi onun Nobel mükafatına layiqli namizəd olduğundan xəbər vermir - Amerikalı jurnalist
-
Qardaş həbsdə olan qardaşına dolmanın içində narkotik keçirmək istəyib
-
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığın müzakirəsindən imtina edib
-
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
-
IFC iki il ərzində Paris Sazişinə tam uyğun olaraq layihələrə investisiyalar qoyacaq - İvana Duarte
-
Norveçli səyyahlar Ağdamda olublar - FOTO
-
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu
-
Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - Vüqar Rəhimzadə
-
1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama
-
Nazir: Özbəkistanla yükdaşımalar 1 mln. tona çatdırılacaq
-
Bakıda yeni yolun inşasına başlanılır - Bu istiqamətdə çəkiləcək (VİDEO
-
Paytaxtda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanıldı
-
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
-
Əfv Məsələləri Komissiyasının iclası təxirə salındı
-
Xəzərdə dalğanın hündürlüyü 2.4 metrə çatır - Faktiki hava
-
Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib
-
Qırğızıstanda yük maşını 29 uşağı vurub
-
Şuşada dini liderlərin görüşü keçirilib, şəhərlə tanışlıq olub
-
Futzal üzrə Yüksək Liqada mövsümə yekun vurulub
-
Qohumunu qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
-
Bu marşrut üzrə əlavə qatar təyin edilib - CƏDVƏL
-
Uyğunsuzluq aşkarlanan baytarlıq preparatları məhv edilib
-
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - YENİLƏNİB
-
Fransanın Azərbaycanı nədəsə ittiham etməsinin heç bir əsası yoxdur - Abbas Abbasov
-
Bakı Təşəbbüs Qrupunun yaranması Fransanın son müstəmləkələri olan dəniz aşırı ölkələrə dəstək nümayiş etdirir
-
Azərbaycan və Argentina arasında işçi qrupunun ikinci iclasının keçirilməsi müzakirə edilib
-
Külək güclənəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
İkinci Dünya müharibəsi ilə bağlı Sərəncam 3 minə yaxın şəxsi əhatə edəcək
-
I rübdə Azərbaycanın TDT-yə üzv və müşahidəçi ölkələr ilə ticarət dövriyyəsi 1.7 mlrd. dolları ötüb
-
COP29 Mərkəzi Asiya regionunu iqlim dəyişmələri ilə mübarizə səylərində ön sıraya çıxarır - AİB-in baş direktoru
-
Nazir müavini: Azərbaycanda milli mədəni irs obyektlərinin qorunması ilə bağlı Yol Xəritəsi tərtib edilib
-
“Sülh sazişində bu imkandan istifadə ediləcəyi gözləniləndir”
-
Makron: Aİ-yə üzv bir çox ölkə Ukraynaya qoşun göndərmək ideyasını təsdiqləyib
-
Pakistanda partlayış nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb
-
MSK sədri: Qanunvericiliyə əsasən, bu il noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
-
ABŞ-Ermənistan hərbi əməkdaşlığı müzakirə olunub, saziş imzalanıb
-
Azərbaycan-Aİ "yaşıl" dəhlizi daha geniş regionda bərpa olunan enerji mənbələrinin inkişafına imkan yaradır - Levan Davitaşvili
-
Ramin Məmmədovun deputat səlahiyyətinə xitam verilib
-
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
-
Mədəniyyət naziri UNESCO yanında daimi nümayəndələrlə görüşüb
-
“Bunu etmək üçün qanunvericilik dəyişməlidir”
-
“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə mərkəzi yaradılır - FOTO
-
Heydər Əsədov yenidən Azərbaycan Dövlət Dəniz Akademiyasına rektor təyin edilib - SƏRƏNCAM
-
İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
-
“Hindistan nüvə silahına malik olsa da...”
-
Prezident İlham Əliyev: Azərbaycan neokoloniazatorların ikili standartlarının aşkarlanması istiqamətində səylərini davam etdirəcək
-
“Nüvə silahı olmayan ölkələr narahatdır”
-
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
-
Çində yol faciəsi: ölənlərin sayı 50-yə yaxınlaşıb
-
“Hadisələrin arxasında Qərb dayanır”-Mübariz Göyüşlü