
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
"Türkiyənin, Türk xalqının Can Azərbaycana olan dəstəyini bir daha bütün dünyaya göstərmək üçün buraya gəldim".
Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Prezident İlham Əliyev tərəfindən qəbul edilərkən deyib.
O bildirib ki, bu gün Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan öz torpaqlarını azad etmək üçün mübarizə aparır və buna qadirdir, gücü vardır, potensialı vardır: "Əlbəttə, Türkiyə olaraq və Türk xalqı olaraq, biz də nə vaxt ehtiyacı olarsa, hansı sahədə ehtiyac duyarsa Azərbaycana hər cür dəstəyi verməyə hazırıq. Bunu Prezidentimiz Ərdoğan və bizlər hər platformada izah edirik, vurğulayırıq.
Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırmaq bizim də borcumuzdur. Bunu Ceyhun qardaşımla, xaricdəki bütün səfirliklərimizlə - Azərbaycanın və Türkiyənin səfirlikləri ilə birlikdə həyata keçiririk. Bu gün Sizdən alacağımız təlimatlarla daha böyük güclə bir yerdə çalışmağa davam edəcəyik. Azərbaycanın işğal edilmiş torpaqları artıq azad olunmalıdır. Azərbaycan hüquqi və mənəvi cəhətdən də haqlıdır və bu haqlı mübarizəsini hər yerdə izah edərkən bu mübarizəni də meydanda və masada birlikdə aparmağa, inşallah, davam edəcəyik.
Bu gün Sizin qəbulunuzdan sonra qardaşım Ceyhunla bu məsələlərdə necə birlikdə hərəkət edəcəyimizi dəyərləndirəcəyik".