Ermənistan Qarabağı terror ocağına çevirmək istəyir: Yeni muzdlu terror taboru formalaşdırılır Siyasət

Ermənistan Qarabağı terror ocağına çevirmək istəyir: Yeni muzdlu terror taboru formalaşdırılır

Azərbaycan ordusuna məğlub olduqdan sonra Ermənistan Silahlı qüvvələri beynəlxalq terroçulara ümid bəsləyir və onların Yerevan tərəfindən Dağlıq Qarabağda istifadəsi aşkar fakta çevrilib.

Paşinyan hökumətinin göstərişi ilə erməni diasporunun üzvləri və müxtəlif təşkilatlar xüsusi toplama məntəqələrində bütün dünyadan muzdluları və terrorçuları cəlb edir. Xüsusilə də, ermənilər tərəfindən yaradılmış “VOMA Center” ictimai təşkilatı dağ-atıcı taborun formalaşdırılmasına başlayıb. Bu taborun döyüş zonasına Ermənistann Müdafiə Nazirliyinin sərəncamına göndərilməsi planlaşdırılır. “Könüllü” taborun sıralarını artırmaq çağırışı ilə Rusiyadakı nüfuzlu ermənilər və Rusiya Ermənilərinin İttifaqının rəhbəri Ara Abramyan müraciət edib.

Sonuncu Dağlıq Qarabağa 20 min erməni döyüşçüsünü göndərməyi vəd edib. Rusiyanın Cinayət Məcəlləsinə uyğun olaraq xaricdə silahlı dəstələrdə iştirak etmək 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Amma, Rusiyanın bütün hakimiyyət strukturlarında himayədarları olan nüfuzlu erməni diasporu bu ölkənin qanunlarını məhəl qoymadan fəaliyyət göstərir. Dünyanın müxtəlif yerlərindən muzdluların və terrorçuların istifadə olunması faktı Ermənistan prezidenti Armen Sarkisyan tərəfindən “Əl-Cəzirə” telekanalına müsahibəsində təsdiq olunub.

Qərb mənbələri Yerevandan bildirir ki, döyüş əməliyyatlarında PKK terror təşkilatının üzvlərinin iştirakı barədə sübutlar var. Belə ki, BBC-nin məlumatına görə, həmin döyüşçülərin Azərbaycanla müharibədə iştirak etməsi üçün döyüş zonasına gətirilməsi barədə Yerevanda açıq danışırlar. Azərbaycana qarşı müharibədə xarici muzdluların və terrorçuların istifadəs məsələsinin qanuniliyi Yerevan rəhbərliyini çox da maraqlandırmır. Amma bu cür faktlar Dağlıq Qarabağ məsələsinin tənzimlənməsində iştirak edən beynəlxalq vasitəçiləri, ilk növbədə Rusiyanı narahat edir.

Təsadüfi deyil ki, Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin münaqişəyə kürd ekstremist qruplaşmaların cəlb olunduğunu birbaşa bəyan edib. Onlardan başqa Qarabağda çoxsaylı erməni terror təşkilatlarının (ASALA, Daşnaksutyun) üzvləri, eləcə də ABŞ, Fransa, Yunanıstan, Kanada, Belçika, Livan. Misir, İraq və Suriya vətəndaşları döyüşür. Azərbaycanı hər hansı bir sübut olmadan suriyalı muzdlulardan istifadə etməkdə günahlandıran Ermənistan öz işğalçı qoşunlarının tərkibində itkiləri doldurmaq üçün minlərlə beynəlxalq terrorçunu regiona cəlbb edir. Məlumdur ki, erməni terror təşkilatları "müstəqil" Ermənistan fikri ortaya çıxandan daha əvvəl yaradılıb. Ona görə də əminliklə demək olar ki, Ermənistan və terrorçuluq ayrılmaz anlayışlardır.

Elxan Ələsgərov

"Baku Network" Ekspert Şurasının direktoru, fəlsəfə doktoru

http://bakunetwork.com

Bizə Twitter və Facebook-da qoşulun https://twitter.com/BakuNetwork

https://www.facebook.com/BakuNetwork

Youtube channel:https://www.youtube.com/channel/UCp5ic7mhc6rZF6w0TQWqtm