TURKPA-nın Baş katibi Ermənistanın təxribatlarını kəskin şəkildə qınayıb Siyasət

TURKPA-nın Baş katibi Ermənistanın təxribatlarını kəskin şəkildə qınayıb

Ermənistan silahlı qüvvələrinin təxribatları, işğalçı ölkənin Azərbaycanın Gəncə və digər şəhər və rayonlarını ağır artilleriya və raket atəşinə tutması, mülki əhalini və mülki obyektləri hədəfə alması ilə bağlı Azərbaycan Respublikası Milli Məclisi tərəfindən beynəlxalq təşkilatlara və milli parlamentlərə ünvanlanan müraciətlərə cavab olaraq, TURKPA-nın Baş katibi Altınbek Mamayusupovun göndərdiyi rəsmi məktubda Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı təxribatları, yaşayış məntəqələrini atəşə tutması və hərbi güc tətbiq etməsi bir daha kəskin şəkildə qınanıb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Baş katib bu hücum nəticəsində dinc vətəndaşların itkisi ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib və xəsarət alanların tezliklə sağalmasını diləyib.