Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
27 Oktyabr 2020 19:50
2 184
Humanitar atəşkəsə baxmayaraq, Ermənistan Azərbaycan ərazilərini, mülki vətəndaşları atəşə tutmaqda davam edir. Bu onu göstərir ki, Ermənistan tərəfinin humanitar atəşkəs barədə dedikləri riyakarlıqdan başqa bir şey deyil.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın bu gün Bərdə rayonuna raket atması ilə bağlı keçirilən brifinqdə deyib.
O qeyd edib ki, Ermənistan silahlı qüvvələri bu gün “Smerç” raketindən Azərbaycanın Bərdə və Tərtər şəhərlərini atəşə tutub: “Onların bu terrorist hərəkətləri nəticəsində 4 nəfər mülki insan həlak olub, xeyli sayda insan yaralanıb. Ermənilər beynəlxalq qanunlara zidd olaraq Azərbaycanın mülki əhalisinə qarşı kasetli bombalardan istifadə edirlər. Ümumilikdə, erməni terroru nəticəsində 69 insan öz həyatını itirib. Humanitar atəşkəs elan olunandan bu günə qədər mülki obyektlərə qarşı 300-dən artıq mərmi, 10 raket istifadə edilib. Bu, Ermənistanın hərbi siyasi rəhbərliyinin hərbi cinayətidir".
25 Oktyabr 22:16
1 687
25 Oktyabr 15:27
1 673
25 Oktyabr 10:20
1 750