Altı ayda əlilliyi olan 70 min şəxsə reabilitasiya xidmətləri göstərilib Cəmiyyət

Altı ayda əlilliyi olan 70 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bu ilin birinci yarımilində əlilliyi olan 70 min şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.

ƏƏSMN-dən verilən məlumata görə, onlardan 36,6 mininə ambulator, 17,2 mininə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, sosial-psixoloji istiqamətləri üzrə reabilitasiya xidmətləri göstərilib.

Bildirilib ki, reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya, rəqs terapiyası və s.) tətbiq edilir:

"Bu müəssisələr tərəfindən stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir".