İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
ARDNF-nin Şahdəniz yatağından bu il əldə etdiyi gəlirlərin həcmi açıqlanıb
Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir
Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənib
12:25
714
Sabah Azərbaycanda hava necə olacaq?
İyulun 24-də gözlənilən hava proqnozu açıqlanıb.
Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-25° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət gecə 75-80 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava necə olacaq?
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39° isti, dağlarda gecə 15-20° isti, gündüz 25-30° isti olacaq.