Xaricdə olan vətəndaşlarımız erməni terrorundan özlərini qorumalıdır – Hikmət Hacıyev Siyasət

Xaricdə olan vətəndaşlarımız erməni terrorundan özlərini qorumalıdır – Hikmət Hacıyev

Bu gün Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı terror əməlləri törədir.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, xarici ölkələrdə Ermənistanın ASALA və digər terror təşkilatları fəaliyyət göstərir: “Ona görə də vətəndaşlarımıza ayıq-sayıq olmağı tövsiyə edirik. Xaricdə olan Azərbaycan vətəndaşlarına, diaspor nümyənədlərinə qarşı terror əməlləri törədilə bilər. Bu səbəbdən xaricdə olan vətəndaşlarımız diqqətli olmalıdır".