Rəsmi Bakıdan AŞ baş katibinə cavab Siyasət

Rəsmi Bakıdan AŞ baş katibinə cavab

XİN: Azərbaycanda heç kim jurnalist fəaliyyətinə və siyasi baxışlarına görə həbs edilmir

"Fundamental hüquq və azadlıqların təmin olunduğu Azərbaycanda heç kim peşəkar jurnalist fəaliyyətinə və siyasi baxışlarına görə həbs edilmir". Bu barədə Trend-ə Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın açıqlamasını şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev deyib.
O, qeyd edib ki, hüquqi prosedurlara və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə tam şəkildə uyğun olaraq, Xədicə İsmayılova barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
H.Hacıyev bildirib ki, hazırda istintaq davam edir: "Ona görə də istintaq yekunlaşmadan və məhkəmənin qərarı olmadan belə fikirlərin söylənilməsi düzgün deyil".
Qeyd edək ki, T.Yaqland Azərbaycan hökumətini "Azadlıq" radiosunun əməkdaşı X.İsmayılovanı azad etməyə çağırıb.