Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
7 Yanvar 2021 17:18
2 408
Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ağsaqqalları da öz sözlərini dedilər, Azərbaycan xalqının səfərbər olunmasında fəallıq göstərdilər.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağsaqqallar Şurasının yeni binasının açılışında deyib.
H.Hacıyev bildirib ki, bundan sonrakı postkonflikt reabilitasiya dövründə də ağsaqqallarımız xalqımızın həmrəy olması və Prezidentimizin yürütdüyü daxili və xarici siyasətin dəstəklənməsində öz aktiv rollarını oynayırlar:
“Ümumiyyətlə bu gün cəmiyyətimizdə vətəndaş cəmiyyəti təsisatlarının, qeyri-hökumət təşkilatlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına möhtərəm Prezident böyük əhəmiyyət verir. İctimai nəzarət şuralarının yaradılması, ictimai birliklərin fəal olması, eyni zamanda postkonflikt reabilitasiya dövründə də vətəndaş cəmiyyəti təşkilatlarının öz rollarını oynaması vacibdir”.
15 Sentyabr 22:46
560
15 Sentyabr 19:06
728
15 Sentyabr 18:54
1 078