“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
Ruslan Məmmədov "Combat" Peşəkar Döyüş Liqasının prezidenti seçildi!
Qüdrət Həsənquliyev: “Fransa, Almaniya və Britaniya vahid mövqedən çıxış etsə…”
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - FOTOLENT
17 Mart 2021 17:19
3 003
“O, ABŞ-da seçkilərə müdaxilə cəhdlərinin əvəzini ödəyəcək"
“Rusiya Prezidenti Vladimir Putin 2020-ci ildə ABŞ-da keçirilən Prezident seçkilərinə müdaxilə cəhdlərinə görə əvəz ödəyəcək”.
Bunu ABŞ Prezidenti Co Bayden ABC telekanalına müsahibəsində deyib.
"O, bunun əvəzini ödəyəcək", - deyə Co Bayden bildirib.
C.oBayden jurnalistin Rusiya Prezidentinin hansı nəticələrlə üzləşəcəyinə dair sualına "Siz tezliklə bunu görəcəksiniz" cavabını verib.
Bununla yanaşı, Bayden START nüvə sazişini yeniləmək kimi ABŞ və Rusiyanın birlikdə çalışmağa qarşılıqlı maraqlarının olduğu sahələrin mövcudluğunu bildirib.
"Biz uzun danışıqlar apardıq. Mən onu kifayət qədər yaxşı tanıyıram. Söhbətin əvvəlində ona dedim: “Mən sizi tanıyıram, siz də məni. Əgər mən bilsəm ki, bu baş verib, hazır olun”. Təcrübəmdə xarici liderlərlə münasibətdə olan ən vacib şey, sadəcə, qarşındakını tanımaqdır", - deyə Bayden vurğulayıb.
Vladimir Putin haqqında danışan ABŞ Prezidenti əlavə edib ki, o, Rusiya liderinin ruhu olduğunu düşünmür.
Qeyd edək ki, ABŞ kəşfiyyatının martın 16-da açıqlanmış hesabatında Moskvanın 2020-ci ildə ABŞ-da keçirilmiş seçkiyə müdaxilə cəhdlərinin arxasında Rusiya Prezidentinin dayandığı əksini tapıb. Lakin Rusiya tərəfi bu iddiaları əsassız adlandırıb.
11 Yanvar 16:29
3 430
10 Yanvar 21:27
2 023
10 Yanvar 17:11
1 848