5 Dekabr 22:04
5 Dekabr 21:38
22 Aprel 2021 12:56
2 800
Milli Məclisdə azlıq təşkil edən siyasi partiyalardan Vətəndaş Həmrəyliyi Partiyasısının (VHP) Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlüyünə namizədi məlum olub.
VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli APA-ya bildirib ki, Seçki Məcəlləsinin 24-cü maddəsinə əsasən, azlıqda olan partiyalar Milli Məclisə Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizəd təqdim etməlidirlər.
Bu gün VHP-nın Siyasi Şurasının onlayn toplantısı keçiriləcək və sabah parlamentə VHP-nın namizədi təqdim olunacaq: “Yalnız Almas Əlisultan qızı Qəhrəmanlının VHP-nın MSK üzvlüyünə namizədliyi irəli sürülüb. Yəqin ki, Siyasi Şurada da onun namizədliyi təsdiqlənəcək və sabah partiyanın bu barədə məktubu Milli Məclisə təqdim olunacaq".
Qeyd edək ki, VHP Milli Məclisdə 3 deputat mandatına malikdir.
14:55
1 092
14:54
952
14:53
1 029