Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
7 İyun 2021 09:09
3 458
Türkiyə hakimiyyəti Rusiyadan alınmış S-400 zenit-raket sistemlərini NATO üçün təhlükə hesab etmir və bu mövzuya real mövqedən yanaşmağı planlaşdırır.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransanın “L'Opinion” qəzetinin bazar günü dərc olunan buraxılışında bildirib.
“S-400 raketləri NATO-nun təhlükəsizliyi üçün heç bir risk daşımır. Türkiyə S-400 məsələsinə realizm nöqteyi-nəzərindən və konstruktiv dialoq əsasında yanaşmaq niyyətindədir”, - Çavuşoğlu belə deyib.
Nazir, həmçinin əlavə edib ki, Ankara “Courbet” freqat gəmisi haqqında deyilənlərin əksinə olaraq” müttəfiqlərin hər hansı bir gəmisinə qarşı düşmən addım atılmadığına dair dəlilləri NATO-dan olan tərəfdaşlarına təqdim edib.
Xatırladaq ki, “France 24” telekanalının verdiyi məlumata görə, 2020-ci il 18 iyun gecəsi Liviya sahillərində Türkiyəyə məxsus freqat gəmisi NATO-nun “Sea Guardian” əməliyyatında iştirak edən Fransa freqat gəmisinin yüklərin yoxlanılması ilə bağlı tələbi yerinə yetirməkdən imtina edib. Bildirilib ki, yoxlamadan yayınan türk gəmisi raketin radarla idarə edilməsi sistemi vasitəsilə Fransa hərbi gəmisini hədəfə alıb və bu addım Fransa hərbi qurumu tərəfindən “son dərəcə düşmən və təcavüzkar addım” kimi qəbul edilib.
Öz növbəsində, Türkiyənin “Anadolu” agentliyi Türk Silahlı Qüvvələrinin nümayəndəsinə istinad edərək Fransa tərəfinin məlumatını təkzib edib və bildirib ki, Türkiyə freqat gəmisi radar sistemlərindən hədəf almaq üçün deyil, təhlükəli manevrlər həyata keçirən fransız döyüş gəmisini müşahidə etmək üçün istifadə edib. Agentliyin bildirdiyinə görə, “Sea Guardian” əməliyyatı zamanı davamlı rabitə qurmağa ehtiyac olmamasına baxmayaraq, heç kim türk gəmisi ilə əlaqə saxlamayıb. Bundan başqa, agentlik xəbər verib ki, hadisədən bir qədər əvvəl Türkiyə tərəfi fransız freqatını yanacaq ehtiyatı ilə də təmin edib.
15 Sentyabr 22:46
560
15 Sentyabr 19:06
728
15 Sentyabr 18:54
1 078