Rusiyanın Domodedovo və Jukovski hava limanlarında məhdudiyyətlər tətbiq edilib
Azərbaycan parataekvondoçusu dünya reytinq cədvəlinə başçılıq edir
Masazır dairəsindən paytaxt istiqamətində avtobuslar üçün xüsusi hərəkət zolağı yaradılıb
Azərbaycanlı aşpaz dünya kulinariya çempionatında ilk üçlükdə yer aldı
Əkrəm İmamoğlu barəsində casusluq ittihamı ilə istintaq başladılıb
24 Sentyabr 2021 09:25
2 065
Sentyabrın 23-də xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə İran arasında əməkdaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi vurğulanıb.
Nazirlər ikitərəfli münasibətlərin gündəliyində duran bir sıra məsələlər, eləcə də iqtisadi, energetika, ticarət, kənd-təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin bölgədə mövcud olan cari vəziyyəti müzakirə ediblər.
Nazir Ceyhun Bayramov üçtərəfli bəyanatın imzalanmasından sonra azad olunmuş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma və reinteqrasiya prosesləri barədə həmkarına ətraflı məlumat verib.
Hüseyn Əmir Abdullahian İran tərəfinin Azərbaycanla hərtərəfli münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb.
Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı müzakirələr aparılıb.
23 Oktyabr 20:28
1 309
23 Oktyabr 16:15
1 316
23 Oktyabr 15:44
1 379