Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
2 Dekabr 2021 11:21
3 108
İsveçin paytaxtı Stokholm şəhərində ATƏT PA-nın Büro iclası keçirilib. Milli Məclisdən xalqcəbhəsi.az-a verilən məlumata görə, iclasda çıxış edən Kiprdən olan vitse-prezident İrene Çaralambides Avropada cərəyan edən miqrant probleminə toxunub. Kirpin nümayəndəsi ölkəsinin və Yunanıstanın miqrant böhranının birbaşa təsiri altında olduğunu və problemin həlli üçün böyük vəsaitlərin sərf edildiyini bildirib. Çıxışının davamında o, miqrant probleminin daha effektiv həlli üçün Türkiyəyə verilən milyardlarla avro yardımın əvəzinə bu vəsaitin digər ölkələrə verilməsinə çağırış edib.
Milli Məclisin deputatı Azay Quliyev söz alaraq Kipr nümayəndəsinin qaldırdığı məsələyə etirazını bildirib və vurğulayıb ki, ölkələr arasında belə bir ayrı-seçkilik yolverilməzdir, eləcə də belə selektiv və ikili yanaşma tamamilə əsassızdır.
Azay Quliyev diqqətə çatdırıb ki, 4,5 milyon qaçqının sığındığı Türkiyəyə qarşı ədalətsiz yanaşmaya yol verilməməlidir. Bu ölkə son 10 ildə qaçqın problemlərinin həlli üçün 40 milyard dollar xərcləyib və bunu gözardı etmək olmaz. Azay Quliyev sonda ATƏT və Aİ ölkələrini bu əhəmiyyətli məsələdə Türkiyəni maddi baxımdan dəstəkləməyə və Türkiyənin üzərində olan bu ağır yükü bölüşməyə çağırıb.
15 Sentyabr 22:46
588
15 Sentyabr 19:06
756
15 Sentyabr 18:54
1 099