İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
3 Dekabr 2021 15:53
5 166
Qarabağda kənd təsərrüfatının inkişafı üzrə işlərin miqyası 2022-ci ildə genişləndiriləcək.
Trend-in məlumatına görə, bunu bu gün kənd təsərrüfatı naziri İnam Kərimov UNEC İqtisadi Forumunun panel müzakirələri zamanı deyib.
"Müasir cəmiyyətdə innovasiya və texnologiyaların tətbiqi çox vacibdir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi inkişaf üzrə həyata keçirdiyi siyasət həm də innovasiyalara yönəlib. Qarabağ hər zaman ən inkişaf etmiş rayonlardan olub. Erməni işğalı təkcə oradakı obyektlərə deyil, həm də kənd təsərrüfatına ziyan vurub. Bununla əlaqədar biz artıq bərpa üzrə layihələrin reallaşdırılmasına başlamışıq", - deyə nazir bildirib.
İ.Kərimov qeyd edib ki, azad edilmiş ərazilərdə kənd təsərrüfatına yararlı ərazilərin müəyyənləşdirilməsi aparılır.
"Artıq yazlıq və payızlıq bitkilərin əkini üzrə işlər aparılır. Region böyük məhsuldarlıq potensialına malikdir. Gələn il bu işlər daha da genişləndiriləcək. Buraya həm heyvandarlıq, həm də əkin işləri daxildir. Biz, həmçinin atçılığa böyük diqqət ayırırıq. Füzuli rayonunda heyvanlar üçün karantin zonaları yaradılıb. Burada heyvanların laborator tədqiqatları aparılacaq. Yüz minlərlə hektar torpağın su infrastrukturu ilə təchiz olunması planlaşdırılır. Bütün bu işlər müasir texnologiyalar əsasında həyata keçiriləcək", - nazir deyib.
19:06
497
18:54
896
18:20
798