Hakan Fidan: İranın region ölkələrinə etdiyi hücumlar bölgədə sabitliyi pozur
Azərbaycan-NATO tərəfdaşlığının perspektivləri müzakirə olunub
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs yaradılıb
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb
İTSDA-nın əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri ƏƏSMN-ə həvalə edilib - FƏRMAN
16 Yanvar 2022 15:32
5 852
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan tərəfinin guya 1990-cı ildə törədilmiş “qırğınlar” barədə iddialarına münasibət bildirib.
Trend xəbər verir ki, XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva rəsmi “Twitter” səhifəsində bildirib ki, münaqişədən sonrakı dövrdə bu cür təbliğat təəssüf doğurur və təhlükəlidir.
"Ermənistan Xarici İşlər Nazirliyi yenidən 1990-cı ilin yanvarında törədilmiş uydurma "qırğınlar" haqqında danışır. Ermənilərin qurban olduğu haqqında rəvayətlər erməni millətçiliyinin ideoloji əsası olub və Azərbaycana qarşı ərazi iddialarına səbəb olub. Münaqişədən sonrakı dövrdə bu cür təbliğat təəssüf doğurur və təhlükəlidir", - deyə L. Abdullayeva paylaşımda qeyd edib.