“Niderlandda Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlər təqdim olunacaq” Layihə

“Niderlandda Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlər təqdim olunacaq”

Asim Vəliyev: “Həmçinin əldə olunan faktlar barədə sərgi təşkil olunacaq və slaydlarla təqdimatlar ediləcək”

Azərbaycan antiterror tədbirləri nəticəsində 200 illik erməni separatizminə son qoydu. Dövlət başçısı Xankəndi və ətraf rayonlarımızda bayrağımızı ucaltdı və tarixi çıxış etdi.

Təbii ki, biz qələbə qazanmışıq və tarixi ərazilərimizdə suverenliyimizi tam təmin etmişik. Ermənistan isə yenə də dünya mediasında dezinformasiyalar yaymaqla təxribatçı fəaliyyətlə məşğuldur. Ona görə də biz, yeni dönəmdə informasiya savaşına hazır olmalı və bu istiqamətdə ciddi fəaliyyət göstərməliyik. Bu məsələdə vətəndaş cəmiyyəti strukturlarının, o cümlədən qeyri hökumət təşkilatları, diaspor və medianın üzərinə böyük yük düşür.

Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev bildirdi ki, bu istiqamətdə ciddi fəaliyyət göstərilməsinə ehtiyac var. Onun sözlərinə görə, Azərbaycan həqiqətlərinin dünyada təbliğ edilməsi vacib şərtlərdən biridir. A.Vəliyev diqqətə çatdırdı ki, rəhbərlik etdiyi təşkilat “Qloballaşmada mədəniyyətlərarası dialoqun rolu” – Azərbaycan-Niderland Beynəlxalq Gənclər Forumu”nu həyata keçiriəcək.

Onun sözlərinə görə, Qarabağda müharibə Azərbaycan ordusunun qələbəsi ilə bitsə də informasiya müstəvisində düşmənin təxribatları davam etməkdədir: “Ermənistan və onu himayə edən güclər müxtəlif yumşaq güclərdən istifadə etməklə Azərbaycanın beynəlxalq hüquq normalarının tələblərinə cavab verən müharibəsini və qələbəsini sabotaj etməyə, dünya ictimaiyyətində fərqli və yanlış təəssürat yaratmağa çalışmaqdadır. Bu çərçivədə zaman-zaman Azərbaycanın əleyhinə yönəlik müxtəlif xarici KİV-lərdə dərc olunan sifarişli məqalələri, beynəlxalq təşkilatlar tərəfindən hazırlanan qərəzli hesabatları və ölkəmiz əleyhinə təşkil olunmuş müxtəlif tədbirləri misal göstərmək olar”.

A.Vəliyev əlavə edib ki, həmçinin Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, eyni zamanda multikulturalizm aspektindən də mühüm nəticələrə gətirib çıxaracaq: “Belə ki, ermənilər, Azərbaycanda yaşayan digər dini və milli icmalar kimi bərabər hüquqluluq prinsipinə müvafiq olaraq yaşamalarını, buna müqabil azərbaycanlıların Ermənistan ərazisindəki Qərbi Azərbaycan torpaqlarına qayıdışını təmin edəcək. Cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olması və orda söylədiyi fikirlər qeyd etdiyimiz məqamların əsasını təşkil edir: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var”.

Qərbi Azərbaycanlıların qayıdışı tələbi haqlı, ədalətli olduğu qədər də beynəlxalq hüquqa tam uyğundur. Ona görə də bu isiqamətdə beynəlxalq müstəvidə də ardıcıl iş aparılmalı, dünya ictimaiyyətinə baş verənlər sənədlərlə, faktlarla çatdırılmalıdır.

Avropanın nüfuzlu mərkəzlərindən biri olan Niderland krallığının Qroningen şəhərində həm Qarabağın, həm də Qərbi Azərbaycanın zəngin irsininin, erməni vandalizminə məruz qalan maddi-mədəniyyət nümunələrinin, ətraf mühitə dəymiş zərərin qiymətləndirilməsi nəticəsində əldə olunan faktların beynəlxalq səviyyədə tanıdılması məqsədilə “Qloballaşmada mədəniyyətlərarası dialoqun rolu” – Azərbaycan-Hollandiya Beynəlxalq Gənclər Forumu”nun keçirilməsi məhz bu baxımından böyük əhəmiyyətə malikdir. Qroningen böyük bir tələbə şəhəridir. Orada həm universitet, həm də kollec var. Qroningendə yaşayan 230.000 əhalinin 25%-i (təxminən 60.000 nəfər) tələbələrdir. Nəticədə, bir şəhər olaraq Qroningen ən yüksək tələbə kontingentinə malikdir və əhali baxımından Hollandiyanın ən gənc şəhəridir. Qroningen Universiteti (RUG) Hollandiyanın Qroningen şəhərində yerləşən universitetdir. Universitet 1614-cü ildə təsis edilib və onu Hollandiyada Leiden Universitetindən sonra mövcud olan ən qədim universitetdir. Təxminən 37,000 tələbəsi və təxminən 6,000 işçisi ilə Hollandiyanın ən böyük universitetlərindən biridir. Şəhər, Avropada ən cox velosiped olan şəhərdir. Hazırda Qroningen Universitetində 127 ölkədən ümumilikdə 9094 beynəlxalq tələbə təhsil alır (Statistika 2020: 122 ölkə)”.

Təşkilat rəhbəri bildirib ki, Avropanın nüfuzlu mərkəzlərindən biri olan Niderland krallığının Qroningen şəhərində həm Qarabağın, həm də Qərbi Azərbaycanın zəngin milli-mədəni irsininin, erməni vandalizminə məruz qalan maddi-mədəniyyət nümunələrinin, ətraf mühitə dəymiş zərərin qiymətləndirilməsi nəticəsində əldə olunan faktların beynəlxalq səviyyədə tanıdılması məqsədilə “Qloballaşmada mədəniyyətlərarası dialoqun rolu” – Azərbaycan-Hollandiya Beynəlxalq Gənclər Forumu”nun keçirilməsi böyük əhəmiyyətə malikdir: “Qroningen böyük bir tələbə şəhəridir. Orada həm universitet, həm də kollec var. Hazırda Qroningen Universitetində 127 ölkədən ümumilikdə 9094 beynəlxalq tələbə təhsil alır. Foruma dünyanın 10-dan çox ölkəsindən təhsil almağa gələn tələbələr də dəvət olunacaq, milli-mədəni irsimiz, vandalizmə məruz qalmış tarixi abidələrimiz haqqında geniş məlumat və əyani vəsait əldə edəcəklər. Təhsil aldıqdan sonra ölkələrinə qayıdaraq Azərbaycanın haqq davasının və milli-mədəni irsinin təbliğatçısına çevrilə bilərlər. Beləliklə mövzu yalnız Hollandiya ictimaiyyətinin deyil, həmçinin 10-dan çox ölkənin gənclərinin də diqqətinə çatdırılmış olar.

Forumda ictimai müzakirələr baş tutacaq, Qroningendə təhsil alan xarici tələbələrə, ictimai-siyasi xadimlərə 2 panel müzakirələr vasitəsilə Qarabağın Azərbaycan tarixindəki rolu, starteji əhəmiyyəti, işğal dövründə tarixi-mədəni irsə qarşı törədilmiş vandallıq, eyni zamanda hazırda Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlər, turizm potensialı haqqında, həmçinin Qərbi Azərbaycanın zəngin irsininin, erməni vandalizminə məruz qalan maddi-mədəniyyət nümunələrinin, ətraf mühitə dəymiş zərərin qiymətləndirilməsi nəticəsində əldə olunan faktlar barədə sərgi təşkil olunacaq və slaydlarla təqdimatlar ediləcək”.

Əli