İqlim dəyişikliyi aqrar sektorda yeni prioritetlər müəyyənləşdirir Layihə

İqlim dəyişikliyi aqrar sektorda yeni prioritetlər müəyyənləşdirir

Bu gün bütün dünyada iqlim dəyişikliyi qida problemlərinə yol açır . Bu da xüsusilə aqrar sektorda yeni prioritetlər müəyyənləşdirir. Təbii ki, ölkəmizdə də bu problemin aradaqn qaldırılması və önləyici addımların atıəlması üçün regionlarda üsui proqramlar həyata keçirilir.
İqtisadçı ekspert Mahir Zeynalov “Xalq Cəbhəsi”nə bildirdi ki, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı dövlətin iqtisadi siyasətinin priaritet istiqamətlərindən biridir: “Aydın məsələdir ki, ərzaq təhlükəsizliyi problemlərinin həlli, işsizliyin azaldılması, yoxsulluğun aradan qaldırılması kimi məsələlərin həlli rayonların tərəqqisindən asılıdır. Regionların sosial-iqtisadi inkişafı isə bölgələrdə qeyri-neft sektorunda sahibkarlığın, özəl sektorun tərəqqisi hesabına mümkündür. Belə ki, sahibkarlar rayonlarda sərmayə yatırmaqla istehsal və xidmət müəssisələri yaradır, yeni iş yerləri açır, məşğulluq, rəqabət qabiliyyətli məhsulların buraxılması, əhaliyə yüksək xidmətlərin göstərilməsi, dövlət büdcəsinə vergilərin ödənilməsi və s. bu kimi mühüm əhəmiyyət daşıyan məsələlərin həllini öz üzərinə götürür”.
0nun sözlərinə gör4ə, dövlət müxtəlif vasitələrlə regionlarda sahibkarlığın inkişafına dəstək verir, onu stimullaşdırır: “Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə əsasən ölkəmizdə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində islahatlar aparılır. Strateji Yol Xəritəsinə əsasən, 2025-ci ilədək Azərbaycanda müasir texnologiyalara, bazarlara və maliyyə vəsaitlərinə bərabər çıxış imkanları təmin edən rəqabət mühiti yaradılacaq. Habelə yerli şirkətlərin canlanmasına və investorların dünya standartlarına uyğun fəaliyyət göstərmələrinə şərait yaradacaq biznes mühiti təmin ediləcək. Biznes mühitinin yaxşılaşdırılması isə ölkənin bütün regionlarında sahibkarlığın davamlı inkişafına və əhalinin rifahının yaxşılaşmasına şərait yaradacaq”.
Ekspert əlavə edib ki, dövlət büdcəsinin hesabına maliyyələşdirilən İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) vasitəsilə hər il regionlarda sahibkarların layihələrinə güzəştli şərtlərlə kredit ayrılır ki, bu da sahibkarlığa dövlət dəstəyinin ən səmərəli formalarından biridir: “SKMF-nin vəsaitləri hesabına verilən güzəştli kreditlər dövlət başçısının fərman və sərəncamlarında, dövlət proqramlarında müəyyən edilmiş, ölkənin sosia-iqtisadi inkişafının prioritet istiqamətlərinə uyğun olaraq qeyri-neft sektorunun və regionların tarazlı inkişafı, sahibkarlığın dəstəklənməsi, yoxsulluğun azaldılması, məşğulluğun təmin edilməsi ilə bilavasitə əlaqəli olan sahələrdə dinamik iqtisadi inkişafın təmin edilməsinə yönəldilir”.
M.Zeynalov diqqətə çatdırıb ki, bundan başqa Kiçik və orta biznes (KOB) iqtisadiyyatın hərəkətverici və əsas aparıcı qüvvəsidir: “KOB-lar iqtisadi artımın və sosial inkişafın mühərrikləri hesab olunur. KOB-ların dayanıqlı və davamlı inkişafa, məşğulluğun təmin edilməsinə, yoxsulluğun azaldılmasına, sahibkarlığın və innovasiyaların stimullaşdırılmasına və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına mühüm töhfə vermək imkanları var.
Azərbaycanda fəaliyyətdə olan KOB subyektlərinin 97,3%-i mikro, 1,9%-i kiçik və 0,8%-i orta sahibkarlıq subyektləridir. Dünya üzrə şirkətlərin təqribən 90%-i mikro, kiçik və orta biznes (KOB) subyektləridir. KOB-lar dünyada məşğulluğun təmin edilməsində önəmli rol oynayır – təqribən 60-70%. Dünyada ümumi daxili məhsulun (ÜDM) 50%-i KOB-lar tərəfindən təmin olunur”.
Ekspert deyib ki, işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlardan KOBİA-ya çoxsaylı müraciət daxil olub ki, onlardan 70%-ə yaxını yerli biznes subyektlərinin müraciətləridir: “Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 dekabr 2022-ci il tarixində təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanunda KOB subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqi forma və metodları müəyyən edilib. Bu qanuna, eləcə də sahibkarlıq sahəsində dövlətin prioritetlərinə və beynəlxalq müstəvidə KOB-larla bağlı çağırışlara uyğun olaraq KOB subyektlərinə dəstək davam etdiriləcək.
Bunlarla yanaşı, sahibkarların kreditlərə, maliyyəyə olan təlabatları tam ödənilmir. İş adamlarının investisiya qoyuluşları üçün dah çox vəsaitə ehtiyacları var. Azərbaycanda da sahibkarlar maliyyələşmə mənbəyi kimi daha çox banklara üstünlük verirlər. Bankların kredit portfeli geniş olsa da, kreditləşmədə regionların payı təxminən 23 faiz, Bakı üzrə isə 77 faizdir. Əslində Azərbaycanda qeyri-neft sektoru böyük istehsal və ixrac imkanlarına malikdir. Bu potensialdan səmərəli istifadə edilməsinə böyük ehtiyac var. Bunun üçün yerli istehsalın və ixracın stimullaşdırılması vacibdir. Hər halda hökumət müyyən təşviqedici addımlar atır. Məsələn, Sahibkarlığın İnkişafı Fondu biznes subyektlərinin güzəştli kreditlərə çıxış imkanlarını genişləndirir. Bununla belə, mövcud dəstək mexanizmlərinin əhatə dairəsi genişləndirilməlidir. KOB-ların biznesin təşkili və idarə edilməsi sahəsində praktiki biliklər əldə etməsi və təkmilləşdirilməsi məqsədilə beynəlxalq təcrübədən istifadə edilməsi faydalı ola bilər”.
İşğaldan azad edilmiş ərazilərə gəlincə isə iqtisadçıc dedi ki, bölgənin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək səviyyəli həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması çərçivəsində hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işləri davam etdirilir, müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılır: “Əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyəti təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” və “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsləri yaradılıb. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Şuşa şəhərlərində çoxmənzilli yaşayış komplekslərinin, Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı, Füzuli rayonun Dövlətyarlı yaşayış məntəqələrinin və.s təməli qoyulub.
Yaşıl Enerji Zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə Enerji təchizatı infrastrukturunun qurulması, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisinin istehsalı, enerji səmərəliliyinin təmin edilməsi, yaşıl texnologiyaların tətbiqi, bu sahədə dövlət-özəl sektor tərəfdaşlığının təşviqi kimi tədbirlər nəzərdə tutulur.
Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi layihələrinin icrası üçün texniki potensial mövcuddur və Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə bp şirkəti arasında Zəngilan/Cəbrayıl zonasında günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə müqavilə bağlanıb. Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin texniki potensialının olması müəyyənləşib. Bununla bağlı həmin ərazilərdə külək elektrik stansiyası layihəsinin reallaşdırılması planlaşdırılır. Tərtərçay, Həkəri çayı və bu çayların qollarında hidroenerji potensialı mövcuddur. İşğaldan azad edilmiş ərazilərdə yerləşən su elektrik stansiyaların bərpası və yenidən qurulması çərçivəsində müvafiq tədbirlər həyata keçirilməkdədir”.
O, əlavə edib ki, Qarabağda təbii ehtiyatların iqtisadi dövriyyəyə cəlb olunması istiqamətində də addımlar atılır: “Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə bağlı işlərin təşkili məqsədilə Azərbaycan Prezidentinin 2021-ci il 29 may tarixli Sərəncamı ilə Qaşqaçay filiz yatağı “Eti Bakır A.Ş.” şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqları “Artvin Maden A.Ş.” şirkətinə öyrənilmə, tədqiq, kəşfiyyat, işlənmə və istismar məqsədləri üçün 30 il müddətinə müqavilə əsasında istifadəyə verilib: “Regionun zəruri infrastruktur üçün tələb olunan tikinti materiallarının təchizatı məqsədilə Ağdam rayonunda yerləşən “Şahbulaq” əhəng daşı yatağının dövlət-özəl tərəfdaşlığı çərçivəsində istifadəyə verilməsi üzrə müvafiq tədbirlər həyata keçirilib. İşğaldan azad edilmiş ərazilərdə, xüsusilə Kəlbəcər və Laçın rayonlarında yerləşən su elektrik stansiyaların bərpası və yenidən qurulması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər görülüb.
Bütövlükdə Qarabağ regionunun iqtisadiyyatının ölkənin uzunmüddətli sosial-iqtisadi inkişaf istiqamətlərinə və milli prioritetlərə uyğun dinamik, şaxəli inkişaf etdirilməsi məqsədilə müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturu yaradılmalı, innovativ texnologiyaların tətbiqini nəzərdə tutan investisiyalar cəlb edilməli, sənaye potensialı reallaşdırılmalı, zəruri təşviq mexanizmləri hazırlanmalı və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılmalıdır. İşğaldan azad edilmiş ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınaraq, Kəlbəcər rayonu hasilat və turizm sənayesi, Ağdam rayonu emal sənayesi, Şuşa rayonu mədəniyyət və turizm sənayesi, Zəngilan və Cəbrayıl rayonu ticarət-logistika xidməti, Qubadlı, Laçın, Füzuli və Xocavənd rayonları isə kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəzlər kimi qiymətləndirilir...”.

Əli