Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Almaniya Krım üçün hərəkətə keçdi, bəs Qarabağ?!

Almaniya Krım üçün hərəkətə keçdi, bəs Qarabağ?! Layihə

Almaniya Krım üçün hərəkətə keçdi, bəs Qarabağ?!

Aydın Mirzəzadə: "Bununla kiçik dövlətlərə siyasi təzyiqlər etmək istəyirlər"

Bəzən "Qərb demokratiyasının" kökündə tamamilə başqa "dəyərlər"in cəmləndiyini görürük. Belə ki, beynəlxalq norma və prinsipləri yazan da özləridir, pozan da. Bu amil isə onu göstərir ki, "qoca qitə"də demokratik dəyərlər yox, ikili standartlar hökm sürür.
Qərbdə bəzən kiçik bir hadisə dünya əhəmiyyətli bir məsələyə çevrilir, bəzən isə çox əhəmiyyətli bir məsələ sükutla qarşılanır. Qərbin, eləcə də bir çox beynəlxalq təşkilatların bu cür münasibəti ilə bağlı onlarla misal göstərmək olar.
Dünən "Reuters" agentliyi bir xəbər yaydı ki, Almaniyada, Hamburqda "Siemens" şirkətinin üç işçisinə istintaq işi açılıb. Yerli prokurorlar onları Avropa Birliyi (AB) embarqosu qaydalarını pozmaqda ittiham edirlər. Belə ki, həmin işçilər vasitəsilə 2015 və 2016-cı illərdə "Siemens" Rusiyaya yeddi qaz turbini ixrac edib. Daha sonra bu turbinlər Krımda quraşdırılıb.
Qeyd edilir ki, turbinlərin dəyəri 213 milyon avrodur. "Siemens" isə turbinlərin Rusiyanın Taman şəhərindəki bir elektrik stansiyasının tikintisi üçün nəzərdə tutulduğunu bildirmişdi. Lakin sonradan onlar müqaviləyə zidd olaraq yeni bir stansiyada quraşdırılmaq üçün Krım şəhərinə köçürülüb.
Xatırladaq ki, AB Ukraynadakı vəziyyətə görə, 2014-cü ildən Rusiyaya qarşı sanksiyalar tətbiq edir.
Etsin, buna heç bir iradımız yoxdur. İradımız odur ki, niyə Ermənistanla Azərbaycan arasındakı münaqişəyə, Dağlıq Qarabağda baş verənlərə, Ermənistanın beynəlxalq hüquq və prinsiplərə çox ciddi hörmətsizliyinə də belə operativ reaksiya verilmir? Beynəlxalq hüquq və normalar öhdəlik daşıyan hər bir ölkəyə bərabər şəkildə paylanmırsa, o, kimə və nəyə lazımdır?
Milli Məclisin deputatı, siyasi analitik Aydın Mirzəzadə təəssüf hissi ilə bildirdi ki, bəzi beynəlxalq təşkilatlar hadisələrə ikili standartlardan yanaşırlar. Onlar bəzi hallarda kiçik bir hadisəni dünya əhəməiyyətli bir məsələyə çevirir, bəzi hallarda isə çox əhəmiyyətli bir məsələni sükutla qarşılayırlar:
"Bunlardan biri də Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsi, onun beynəlxalq hüquq normaları kobud surətdə pozmasıdır. Hətta işğal edilmiş zonada Ermənistanın təyin etdiyi administrasiya rəhbəri çox sakit şəkildə Avropanı gəzir, beynəlxalq təşkilatlara müraciət edir. Təkcə bu faktın özü beynəlxalq təşkilatlarda ikili standartların mövcudluğunu, dünyanın lider dövlətlərinin əhəmiyyətli məsələlərə fərqli mövqedən baxdığını bir daha sübut edir. Bəlkə də bununla ona çalışırlar ki, həmin hadisəni, faktoru sonradan leqallaşdırsınlar, ona hüquqi don geyindirsinlər. Bəlkə də onlar bununla kiçik dövlətlərə siyasi təzyiqlər etmək istəyirlər. İstənilən halda, bu istiqamətdə soyuq və ikili münasibət müəyyən qənaətə gəlməyə əsas verir".
A.Mirzəzadə əlavə etdi ki, kiçik dövlətlər bu cür hallar qarşısında öz qətiyyətlərində daha da möhkəmlənirlər. Düzdür, Ermənistan tərəfindən torpaqlarımızın işğalı Azərbaycan üçün böyük bir problemdir. Bunulnla belə, Azərbaycan problemin həlli üçün çox qətiyyətli addımlar atır, heç bir halda işğalla barışmır. Ciddi beynəlxalq təşkilatlar qarşısında öz etirazını bildirir. Yəni ölkəmiz torpaqlarını işğaldan azad etmək üçün öz səylərini göstərir. Hər bir dövlət özünün milli maraqlarını qorumaqdan ötrü maksimum çalışmalı, amma heç də bütün ümidlərini beynəlxalq birliyə bağlamamalıdır.
Bu arada qeyd edək ki, Ermənistanda seçkiöncəsi siyasi ehtiraslar qızışır və əsas diqqətçəkən məqam Nikol Paşinyanın komandası ilə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejimin qarşıdurmasıdır.
Paşinyanın lideri olan "Vətəndaş sazişi" partiyasının idarə heyətinin sədri Sasun Mikaelyan "aprel inqilabının Qarabağ müharibəsindən daha üstün olduğunu" bəyan etdi.
Bundan sonra ciddi qarşıdurma başlandı. Ardınca Paşinyan ondan fərqli olaraq Qarabağdakı separatçı məmurların övladlarını hərbi xidmətə göndərmədiklərini bildirdi. Separatçılar baş nazir vəzifəsini icra edən Nikolun yalan danışdığını dedilər. Hazırda Ermənistanda qızğın mübahisələr gedir.
Paşinyanın Qarabağdakı separatçı Saakyan rejimi ilə zidd düşməsi təəccüblü deyil. Çünki Saakyan keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın adamıdır. Lakin Paşinyan baş nazir seçiləndən sonra ilk səfərini Qarabağa etdi və burada separatçı rejimə açıq dəstək verdi. Dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri öncəsində isə vəziyyət dəyişib və Paşinyanla Saakyanın mübarizə açıq müstəviyə keçib.
Rusiyalı ekspert Aleksey Fenenko hesab edir ki, Paşinyanın Saakyana müharibə elan etməsinin səbəbi separatçılardan öz hakimiyyətinə dəstək ala bilməməsidir.
"Paşinyan "Qarabağ klanı"nın dəstəyinə çox belə bağlayırdı. Buna görə də baş nazir seçilən kimi Qarabağa getdi və orada Azərbaycana qarşı bəyanatlar verdi. Lakin sonrakı proseslərdə Paşinyanın "Qarabağ klanı"na bağladığı ümidlər özünü doğrultmadı. Qarabağdakı separatçı rejim keçmiş iqtidarı – Respublika Partiyasını dəstəkləyir. Paşinyanın separatçı rejiminin ünvanına sərt bəyanatları da buradan qaynaqlanır. Qarabağ Ermənistan üçün ən vacib siyasi amillərdən biridir, lakin Paşinyan "Qarabağ klanı"nın dəstəyini ala bilmədiyi üçün özünü başqa cür aparacaq", - deyə o bildirib.
Müstəqil ekspert Dmitri Verxoturov isə fərqli düşünür.
Onun fikrincə, Paşinyan "Qarabağ klanı"na müharibə elan etməyəcəyi təqdirdə siyasətdə sağ qalmayacağını anlayır.
"Əgər o, bu klanla müharibə etməsə, klan onu yeyəcək. Əslində Paşinyan Qarabağ məsələsini lazımsız hesab edir və bundan xilas olmaq istəyir. Lakin bu məsələdə "Qarabağ klanı" onun qarşısında maneədir. Əgər Paşinyan bu klanı siyasətdən çıxara biləcəksə, onda o, kresloda oturmağa davam edəcək. Və böyük ehtimalla münaqişənin həlli üçün Azərbaycanla lazım olan müqaviləni bağlayacaq. Bu, ərazilərin Azərbaycana qaytarılması deməkdir. Faktiki olaraq, Paşinyanın addımları onun Qarabağı qaytarmaq istədiyini göstərir", - deyə müstəqil ekspert vurğulayıb.
Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanla Qarabağ separatçıları arasında mövcud olan kəskin konfrontasiya da artmağa başlayıb. Belə ki, Paşinyan Geqarkun vilayətində keçirdiyi mitinqdə Qarabağ separatçılarını "öz işləri ilə məşğul olmağa və başqalarının işlərinə burunlarını soxmamağa" çağırıb. Bu barədə "Novosti-Armeniya" yazıb. Erməni baş nazir əvəzi həmin çıxşında onu da xatırladıb ki, o, Ermənistanın ilk rəhbəridir ki, oğlu Qarabağda "hərbi xidmət" keçir. Lakin erməni hökumətinin baş nazir əvəzi qarabağlı ermənilərə daha bir iradını bildirərək deyib ki, sosial şəbəkələrdə onun barəsində gedən yazılarda "spekulyasiya", "ucuz manipulyasiyalar" və s. kimi başlıqları görərkən, təəccüblənib.
"Düzünü desəm, mən son vaxtlar Dağlıq Qarabağ rəhbərliyi təmsilçilərinin bu cür fəallıqlarını anlamıram. Onlar nəyə görə aktivləşiblər və niyə Ermənistanda keçiriləcək seçki-təbliğat kampaniyasında iştirak etdiklərini nümayiş etdirirlər?", sualını edən Paşinyan əlavə edib ki, o, bu məsələlərlə bağlı "DQR" rəhbərliyi ilə mütləq müzakirələr aparacaq.
Beləliklə, görünən və gözlənilən də budur ki, Qarabağ klanı olaraq, Nikol Paşinyan tərəfindən devrilən Serj Sarkisyan rejimi və bu rejimin sayəsində "DQR"də qurama hakimiyyətdə olan qarabağlı ermənilər arasındakı uçurum daha da dərinləşmək üzrədir. Daha dəqiq desək, Ermənistandakı müxtəlif rıçaqlarını itirmək istəməyən və bu istiqamətdə gizli, ya da aşkar şəkildə fəaliyyət göstərən separatçılar demək olar ki, Paşinyana və Ermənistan ermənilərinə qarşı müharibə elan ediblər. Məhz bu baxımdan, iki cinah arasındakı münasibətlər demək olar ki, tamamilə soyuyub.
O da əbəs deyil ki, artıq Paşinyan "DQR"lə ultimatum dilində danışmağa başlayıb. SİTAT: "Deyim ki, bununla bağlı məndə çox suallar yaranıb və mən mütləq onları "DQR"in "prezidenti" Baki Saakyanla müzakirə edəcəyəm. Ancaq buna qədər, cənab Bako Saakyan, sizi "nazirlər kabinetinizdəki" təmsilçilərinizi öz işləri ilə məşğul olmağa dəvət etməyə çağırıram. Hansı növ fikir bildirmələrindən asılı olmayaraq... Mən anlamadım, demək "DQR" rəhbərinin "mətbuat katibi" günaşırı olaraq mənim sözlərimlə bağlı açıqlamalar verməlidir? Ancaq siz təsəvvürünüzə gətirə bilərsinizmi ki, mənim mətbuat katibim Qarabağda baş verən məlum və qeyri-məlum hadisələr barədə açıqlamalar versin? Siz bütün bunların nə ilə nəticələnəcəyini təsəvvürünüzə gətirə bilərsiniz? Ayılın və öz işlərinizlə məşğul olun. Əlbəttə, mən sizinlə bu dediklərimlə bağlı seçkilərdən sonra danışacağam. Lakin buna qədər, təkrar edirəm, öz işinizlə məşğul olun".
Bu arada, Ermənistan KİV-ləri də qeyd edirlər ki, erməni hakimiyyəti ilk dəfədir ki, qarabağlı separatçılar haqqında belə bir sərt şəkildə fikirlər səsləndirir.
Onu da xatırladaq ki, daha öncə erməni KİV-lərində silahlı terror qruplaşması olan, hazırda Ermənistanda siyasi partiyaya çevrilərək parlament seçkilərinə hazırlaşan "Sasna Srer"in lideri Jirayr Sefilyanın müsahibəsi işıqlandırılmışdı. O, bu müsahibəsində Qarabağdakı vəziyyəti "partlayış təhlükəsi" olaraq qiymətləndirmilşdi. Hətta Sefilyan açıq şəkildə bildirmişdi ki, Ermənistanın hazırkı rəhbərliyi ilə Dağlıq Qarabağdakı "hakimiyyəti" dəyişməsi barədə məsələni müzakirə etməyə hazırlaşır. Məhz bu müsahibədən sonra Bako Saakyan dərhal Moskvaya - məsləhət almağa getmişdi.
Fakt isə budur ki, istər işğalçı Ermənistan, istərsə də qondarma "DQR" arasındakı uçurumun yaranacağı qaçılmaz idi. Belə bir vəziyyətin yaranması isə, hətta silahlı qarşıdurmalara qədər inkişaf edə bilər. Hər halda bu reallıq daha açıq görünməkdədir.

Cavid