Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
12 Fevral 2025 10:05
4 767
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 6 sentyabr tarixli Qərarına əsasən rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı 5600 manatdan 8600 manata qaldırılıb və bu vəsait Elm və Təhsil Nazirliyinin sifarişi əsasında rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan müəssisələrə ödənilir.
Bu barədə Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, sözügedən vəsait Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli Qərarının 5.8.-ci bəndinə əsasən ümumi həkim stajına və ixtisas dərəcəsinə uyğun olaraq əməkhaqqının ödənilməsinə, 5.9-cu bəndinə əsasən rezidentin nəzəri biliklərə və peşə vərdişlərinə yiyələnməsinə, fərdi iş planlarının yerinə yetirilməsinə görə kuratorun vəzifə maaşına hər bir rezident hazırlığı üçün ayda 20 (iyirmi) manat əlavə haqq ödənilməsinə yönəldilir.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 dekabr tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2024-cü il tarixli Qərarı ilə aylıq tarif (vəzifə) maaşları 2025-ci il yanvarın 1-dən orta hesabla 15-16% artırılıb.
Qeyd edək ki, sosial şəbəkələr və mediada rezidentlər maaşlarının azlığından şikayət edirlər.
15 Sentyabr 16:25
861
15 Sentyabr 14:01
840
15 Sentyabr 13:39
882