Elm və təhsil naziri İSESKO-nun baş direktoru ilə görüşüb Cəmiyyət

Elm və təhsil naziri İSESKO-nun baş direktoru ilə görüşüb

21-ci Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin əməkdaşlıq görüşləri davam edir.

Nazirlikdən Xalqcebhesi.az-a verilən məlumata görə nümayəndə heyəti İSESKO-nun baş direktoru Səlim bin Məhəmməd Əl-Malik və Təhsil sektorunun rəhbəri Haddy Jatou Sey ilə görüşüb.

Görüşdə elm və təhsil sahələrində mövcud əməkdaşlıq məsələləri müzakirə olunub, bu istiqamətlərdə birgə təşəbbüslərin genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Elm və təhsil naziri İSESKO-nun baş direktoru ilə görüşübElm və təhsil naziri İSESKO-nun baş direktoru ilə görüşüb