“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
20 İyun 18:07
2 632
Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində “Azərbaycan mətbuat tarixi” və “Media etikası” mövzularında keçirilən seminarlar yekunlaşıb.
APA xəbər verir ki, Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli tərəfindən dünya jurnalistikasının keçdiyi əsas tarixi mərhələlər, Azərbaycanda milli mətbuatın yaranması və inkişaf prosesi, müasir media mühitində maarifçilik funksiyasının rolu, eləcə də media etikasının aktual çağırışları ətrafında geniş təqdimatlar və praktiki müzakirələr aparılıb.
Qeyd olunub ki, jurnalistika sahəsi qədim dövrlərdən başlayaraq mütərəqqi inkişaf yolu keçir və hər dövrün özünəməxsus xüsusiyyətləri olur. Müasir dövrdə isə əvvəlkindən daha mürəkkəb mühitdə fəaliyyət göstərərək məlumat bolluğu və dezinformasiya ilə mübarizə kimi çağırışlarla üzləşir. Bu baxımdan seminar müasir və keçmiş jurnalistikanın tələblərini müqayisə etməklə yeni yanaşmaları dəyərləndirmək üçün böyük önəm dayışır.
İnteraktiv formatda təşkil olunan seminar zamanı real media nümunələri üzərində təhlillər və fikir mübadiləsi aparılıb.
13 Dekabr 13:25
1 785
13 Dekabr 13:23
1 575
13 Dekabr 13:23
1 484