

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şabran rayonunda vətəndaşları qəbul edib.
Xalqcebhesi.az xəbər verir ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.
Qəbul zamanı Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, məscidə dini ədəbiyyat verilməsi, dini maarifləndirmə işinin genişləndirilməsi, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.