“Süni şəkildə şişirilmiş qiymətlərdə enmələr başlayıb”
8 Dekabr 21:22
8 Dekabr 21:22
8 Dekabr 20:52
8 Dekabr 17:11
8 Dekabr 15:45
15 Sentyabr 18:17
1 855
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Culfa-Ordubad magistral avtomobil yolunda yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Xalqcebhesi.az-a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə idarəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1997-ci il təvəllüdlü Dünyamalıyev Kənan Musa oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
8 Dekabr 20:41
833
8 Dekabr 17:57
1 092
8 Dekabr 16:25
1 043



