“Süni şəkildə şişirilmiş qiymətlərdə enmələr başlayıb”
8 Dekabr 21:22
8 Dekabr 21:22
8 Dekabr 20:52
8 Dekabr 17:11
8 Dekabr 15:45
15 Sentyabr 18:22
1 722
ABŞ nümayəndələrinə faydalı qazıntılara dair sazişə əsasən yaradılan Ukraynanın Bərpa İnvestisiya Fondunun layihə portfeli üçün ilk potensial faydalı qazıntı yataqları təqdim olunub.
APA xəbər veirir ki, bu barədə Ukraynanın iqtisadiyyat, ətraf mühit və kənd təsərrüfatı naziri Aleksey Sobolev özünün Facebook səhifəsində məlumat verib.
“ABŞ Beynəlxalq İnkişaf Maliyyələşdirmə Korporasiyasının nümayəndə heyəti ilə birlikdə Kirovoqrad vilayətinə səfər etdik ki, burada hasilat və emal sahəsindəki investisiya imkanlarını dəyərləndirək”, –Sobolev bildirib.
Nazirin sözlərinə görə, onlar Birzulovski Dağ-Metallurgiya Kombinatı və Lekarevski yatağı ilə tanış olublar. Bu obyektlər Fondun layihə portfeli üçün perspektivli məkanlar kimi nəzərdən keçirilir.
8 Dekabr 20:39
1 071
8 Dekabr 18:43
1 134
8 Dekabr 18:35
1 064