“Ailəm – mənim dəyərim” layihəsi çərçivəsində sonuncu təlim həyata keçirildi
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
Ceyhun Bayramov Qırğızıstanı BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib
XİN: Gürcüstan "3+3" formatında keçiriləcək görüşdə iştirak etməyəcək
15 Sentyabr 2025 18:04
3 696
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı ərəfəsində İtaliyanın Roma şəhərində konsert proqramı təşkil olunacaq.
Bu barədə Xalqcebhesi.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, sentyabrın 16-da Romanın məşhur musiqi təhsili ocaqlarından olan Santa Çeçiliya Konservatoriyasında keçiriləcək konsert proqramında Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli ilə yanaşı, Fikrət Əmirov, Tofiq Quliyev, Müslüm Maqomayev və xarici ölkə bəstəkarlarının əsərləri səsləndiriləcək.
Opera müğənnisi Çinarə Şirin və pianoçu Svetlana Kosyatovanın da çıxış edəcəyi gecədə "Ritm" rəqs qrupunun ifasında milli rəqslərimiz, xalq musiqisi və nağara şou təqdim olunacaq.
Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində keçiriləcək Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində dünyanın fərqli bölgələrində konsert və tədbirlər nəzərdə tutulur.
4 İyun 10:56
1 491
2 İyun 20:00
10 521
1 İyun 18:57
2 394