İşçinin əmək hüquqlarının pozulmasına görə daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib
“Dünya hərb sənətinin Nadir şah zirvəsi” kitabı işıq üzü gördü
Türkiyə MN: Gürcüstanda qəzaya uğrayan təyyarə ilə bağlı araşdırma davam edir
Qriqoryan Avropa Komissiyasının rəsmisi ilə telefon danışığı aparıb
Sosial şəbəkədə “9990” və “7770” nömrələrindən gələn zənglərlə bağlı araşdırma aparılır
10 Oktyabr 11:19
1 449
Prokurorluq orqanlarına işə qəbulla əlaqədar növbəti, sayca 27-ci müsabiqənin I turu keçirilir. Bu günə qədər müsabiqələrdə 1259 gənc hüquqşünas prokurorluq orqanlarına qulluğa qəbul edilib.
Bunu test imtahanı ilə bağlı jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Baş prokurorunun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov deyib.
O bildirib ki, onlar hazırda prokurorluq işçilərinin 93,2 % faizini təşkil edir: “Bu, çox sevindirici bir haldır. Eyni zamanda, hazırda müsabiqə yolu ilə qulluğa qəbul olunmuş işçilərin bir çoxu yuxarı təsnifat vəzifələrə irəli çəkilib, o cümlədən müstəqil rayon və şəhər prokuroru kimi və müstəqil struktur qurumların rəhbəri kimi fəaliyyət göstərirlər və onlardan bir neçəsi xüsusi ali rütbə alıb”.