ADB: Orta Dəhliz ölkələri uzunmüddətli iqtisadi artım üçün əməkdaşlığı dərinləşdirməlidir
Putin Netanyahudan sonra Pezeşkianla danışıb, regionda gərginliyin azaldılmasını müzakirə edib
Litva səfiri: Bakı və Vilnüsdə yanvar hadisələri göstərdi ki, azadlığın ödənilməli bir qiyməti var
WUF13-ün keçirilməsi ilə bağlı təşkilati məsələləri müəyyən edən Logistika Sazişi imzalanıb
13:21
637
“Azərbaycan qazını alan Avropa ölkələrinin sayı 16-ya çatıb. Sözsüz ki, bu, ölkəmizin Avropada sabit enerji təchizatçısı kimi həm siyasi, həm iqtisadi nüfuzunu artırır”.
Bunu xalqcebhesi.az-a açıqlamasında İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli deyib.
E.Kərimli bildirib ki, digər tərəfdən, dünyada əsas problemlərdən biri olan tək qaz hasilatı deyil, qaz satış kanallarıdır: “Bunu Azərbaycan müvəffəqiyyətlə həyata keçirir, satış kanallarını şaxələndirir. Biz nə qədər çox ölkələrə qaz satsaq bizim bir o qədər həm xarici ticari əlaqələrimizin dayanıqlığı təmin olunur, digər tərəfdən ölkə büdcəsinə daxil olan valyutanın həcmi sabitləşir, artır”.
O həmçinin söyləyib ki, gələcəkdə də qaz hasilatımız artacaq: “Bunun üçün daha geniş strukturlaşmış şəbəkə qurulmasına ehtiyac var. Bu, həm də bizim Avropa ilə iqtisadi əlaqələrimizin böyüməsinə geniş imkanlar yaradır. Hesab edirəm ki, bu iqtisadi əlaqə tək neft-qaz sektoruna deyil, gələcəkdə digər sahələrə də yansıya bilər. Bu iqtisadi əlaqə həm xarici investorların ölkəyə marağını artırır, eyni zamanda, sözsüz ki, digər sahələr üzrə də əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıra bilər”.
Röya İsrafilova
14:21
329
13:57
434
09:55
938