İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
17 Dekabr 2025 11:57
2 289
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çində yerləşən Anhui Kənd Təsərrüfatı Universitetini ziyarət edib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, ikitərəfli görüş zamanı tərəflər təhsil və elmi-tədqiqat sahələrində strateji əməkdaşlığın qurulması imkanlarını müzakirə ediblər.
BDU-nun rektoru Elçin Babayev və Anhui Kənd Təsərrüfatı Universitetinin prezidenti Cao Haiqun universitetlər arasında bakalavriat, magistratura və doktorantura səviyyələrində akademik əməkdaşlıq, ortaq elmi-tədqiqat layihələri, müəllim və tələbə mübadilələri, aqrar tədqiqatlar üzrə resurslardan birgə istifadə, seminar və konfransların keçirilməsi və qarşılıqlı innovasiya təşəbbüsləri üzrə əməkdaşlıq imkanlarını müzakirə edib.
Görüş zamanı tərəflər mövcud maddi-texniki baza, laboratoriyalar və elmi infrastruktur imkanlarını nəzərdən keçirib, müxtəlif formatlarda əməkdaşlıq planlarını müəyyənləşdiriblər.
Görüşün yekununda tərəflər anlaşma memorandumunu imzalayıblar.
25 Mart 16:20
1 029
25 Mart 16:19
1 197
25 Mart 14:05
1 358