Zelenski Rusiya və ABŞ ilə danışıqlarda Ukrayna nümayəndə heyətini təsdiqləyib
"Dövlət qurumlarının adlandırılmasında terminlərin təsadüfi seçilməsi yolverilməzdir”
Daxili İşlər Nazirliyində 2025-ci ilin yekunları müzakirə edilib
İşğaldan azad edilmiş ərazilərdə ötən il 1079 döyüş silahı aşkar edilib
11:32
784
Milli Məclisin deputatı Hikmət Babaoğlu istifadə olunmayan velosiped zolaqlarının yolları daraltmasından şikayətlənib.
APA xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Hikmət Babaoğlu deyib ki, yolların işarələnməsi, yeni velosiped zolaqların salınması ilə yolların daraldılmasına şahidlik edirik.
"Bu, lazımdırmı? Harada zəruridirsə, orada bu işlər aparılmalıdır. Gəlin bir ölçmə aparaq, görək o yollardan neçə nəfər keçir. Əgər o yollardan 3 gün ərzində cəmi bir velosiped keçirsə, yolu daraltmağın nə əhəmiyyəti var?”, - deyə deputat qeyd edib.