Şamaxı Avropa liseyinə media-tur təşkil olunub - FOTO Cəmiyyət

Şamaxı Avropa liseyinə media-tur təşkil olunub - FOTO

Şamaxı Avropa liseyinə media-tur təşkil olunub.

APA-nın Şirvan bürosu xəbər verir ki, media nümayəndələrinə Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş lisey barədə məlumat verilib.

Qeyd olunub ki, liseyin yerləşdiyi əvvəlki bina 1937-ci ildə inşa edilib. Təhsil müəssisəsinin 1987-ci ildə yenidən qurulan binası isə ötən müddətdə istifadəyə yararsız hala düşdüyündən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yeni lisey binası inşa olunub. Üç və dördmərtəbəli 7 korpusdan ibarət 1200 şagird yerlik bu təhsil müəssisəsi rayonun ən böyük məktəblərindəndir. Lisey zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə təchiz edilib.

Burada 50-dən çox sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, informatika və STEAM, hərbi təlim, tibb və əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası yaradılıb.

Liseyin yeni binası Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində inşa edilib.

Qeyd edək ki, martın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib.

Şamaxı Avropa liseyinə media-tur təşkil olunub - FOTO Şamaxı Avropa liseyinə media-tur təşkil olunub - FOTO Şamaxı Avropa liseyinə media-tur təşkil olunub - FOTO Şamaxı Avropa liseyinə media-tur təşkil olunub - FOTO Şamaxı Avropa liseyinə media-tur təşkil olunub - FOTO Şamaxı Avropa liseyinə media-tur təşkil olunub - FOTO Şamaxı Avropa liseyinə media-tur təşkil olunub - FOTO Şamaxı Avropa liseyinə media-tur təşkil olunub - FOTO Şamaxı Avropa liseyinə media-tur təşkil olunub - FOTO Şamaxı Avropa liseyinə media-tur təşkil olunub - FOTO