16:07
1 204
Amerikalı senator Lindsi Qrem ABŞ prezidenti Donald Trampı İrana məxsus Xark adasını ələ keçirməyə çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına müsahibəsində bildirib.
Qrem qeyd edib ki, əgər ABŞ adanı ələ keçirərsə və ya blokadaya alarsa, bu, İran rejimini zəiflədəcək.
"Onların neft hasilatı üçün lazım olan hər şeyin olduğu Xark adasını götürün", — deyə senator vurğulayıb.
Bundan əlavə, Qrem "X" sosial şəbəkəsində yazıb ki, Xark adası "İran rejiminə təzyiq göstərmək üçün kritik əhəmiyyətli mərkəzdir".
Məryəm Quliyeva