Neçirvan Bərzani: "İranın hücumu İraqın suverenliyinə təcavüzdür" Gündəm

Neçirvan Bərzani: "İranın hücumu İraqın suverenliyinə təcavüzdür"

İranın İraq ərazisindəki "peşmərgə" hərbi birləşmələrinin mövqelərinə endirdiyi raket zərbələri nəticəsində 6 kürd döyüşçüsünün həlak olması "ölkənin suverenliyinə qarşı birbaşa təcavüzdür".

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İraq Kürdüstanının prezidenti Neçirvan Bərzani bəyanat yayıb.

"Rudaw" telekanalının məlumatına görə, siyasətçi bildirib: "Biz İran tərəfindən Soran rayonundakı peşmərgə mövqelərini hədəf alan, bir neçə qəhrəman döyüşçümüzün ölümü və yaralanması ilə nəticələnən raket atəşini qətiyyətlə pisləyirik. Bu hücum ölkənin suverenliyinə qarşı birbaşa təcavüzdür".

Öz növbəsində, kürd muxtariyyətinin baş naziri Məsrur Bərzani "federal hökuməti və beynəlxalq birliyi İraq Kürdüstanına qarşı bu düşmən hücumlarına son qoymağa" çağırıb.

Məryəm Quliyeva