Tramp: ABŞ və İran 5 gün ərzində razılığa gələ bilər
23 Mart 16:55
08:08
700
KXDR beynəlxalq münasibətlərdə hegemoniyaya qarşı mübarizə aparacağını bəyan edib.
KCNA agentliyinin məlumatına görə, bunu Şimali Koreya lideri Kim Çen In Ali Xalq Məclisinin iclasında çıxışı zamanı bildirib.
“Yeni dövrün tələblərinə uyğun olaraq ənənəvi dost ölkələrlə əlaqələri gücləndirməyə davam edəcəyik. Eyni zamanda milli maraqları ön plana çəkərək diplomatik prioritetləri yenidən müəyyənləşdirəcəyik”, – deyə Kim Çen In qeyd edib.
O vurğulayıb ki, KXDR dövlət suverenliyini və təhlükəsizliyini qorumaqda qətiyyətlidir.
“Biz dövlətimizin suverenliyini, təhlükəsizliyini və əsas maraqlarını qorumağa davam edəcəyik, eyni zamanda beynəlxalq ədalətin, sülhün və təhlükəsizliyin təşviqində məsuliyyətli rol oynayacağıq”, – deyə o bildirib.