Çaylarda sululuq artacaq, bəzi yerlərdə sel keçəcək - XƏBƏRDARLIQ Cəmiyyət

Çaylarda sululuq artacaq, bəzi yerlərdə sel keçəcək - XƏBƏRDARLIQ

Martın 25-dən 30-u səhərədək Azərbaycanın rayonlarının bəzi yerlərində hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilib.

Məlumata əsasən, yağıntının ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.