"Hörmüz boğazı bir daha əvvəlki kimi fəaliyyət göstərməyəcək" Gündəm

"Hörmüz boğazı bir daha əvvəlki kimi fəaliyyət göstərməyəcək"

ABŞ Prezidenti Donald Trampın İranla "çox yaxşı və məhsuldar" danışıqlar aparıldığı barədə bəyanatlarına baxmayaraq, Hörmüz boğazından gəmilərin keçid rejimi ABŞ və İsrailin hücumlarından əvvəlki vəziyyətinə qayıtmayacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi mənbəyə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbəti qeyd edib ki, hazırkı psixoloji müharibə şəraitində nə Hörmüz boğazı müharibədən əvvəlki statusuna dönəcək, nə də enerji bazarlarında sakitlik bərqərar olacaq.

Məryəm Quliyeva