17:09
693
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı aparıb.
Tərəflər yüksək səviyyəli razılaşmaların həyata keçirilməsi çərçivəsində Özbəkistan-Rusiya strateji tərəfdaşlığı və müttəfiqliyinin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi ilə bağlı aktual məsələləri müzakirə ediblər.
Qeyd edilib ki, ticari-iqtisadi əməkdaşlıq sürətlə inkişaf edir. Ötən ilin nəticələrinə görə, ticarət dövriyyəsinin həcmi 10 faiz artaraq 13 milyard dollara çatıb, bu ilin əvvəlindən isə daha 32 faiz artıb.
Sənaye, enerji, nəqliyyat və iqtisadiyyatın digər prioritet sahələrində iri əməkdaşlıq layihələrinin icrası davam edir.
Özbəkistanda ilk atom elektrik stansiyasının tikintisi layihəsinin təşviqinə xüsusi diqqət yetirilib.
Yaxın Şərq, Cənubi Asiya və Ukraynadakı vəziyyət də daxil olmaqla, beynəlxalq əhəmiyyətli aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Gələcək tədbirlər planı da müzakirə olunub.