İran XİN: Əli Xameneyi ilə vida mərasimində 100 ölkənin nümayəndəsi iştirak edəcək
İran hərbi rəhbərliyi Xameneyi ilə vida günlərində ABŞ və İsrailə xəbərdarlıq edib
DİM-dən xəbərdarlıq: Bir nəfər başqasının yerinə qabiliyyət imtahanına daxil olmağa cəhd edib
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetlərinin rəhbər heyəti görüşüb
15:06
861
“Azərbaycan dövləti rəqəmsal transformasiya, kibertəhlükəsizlik və elektron hökumət quruculuğu istiqamətində ardıcıl siyasət həyata keçirir”.
Bu barədə Xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Deputat qeyd edib ki, son illər bu sahədə həyata keçirilən islahatlar dövlətin rəqəmsal inkişaf məsələsinə xüsusi önəm verdiyini göstərir:
“Dövlətimiz kibertəhlükəsizlik, elektron hökumətin inkişafı və rəqəmsal xidmətlərin genişləndirilməsi istiqamətində sistemli və ardıcıl addımlar atır. Bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Yaxın günlərdə keçirilən mühüm müşavirələr də göstərir ki, rəqəmsal inkişaf və informasiya təhlükəsizliyi məsələləri dövlət rəhbərliyinin daim diqqət mərkəzindədir.
Vətəndaşların və biznes subyektlərinin dövlət xidmətlərinə vahid platforma üzərindən çıxışının təmin edilməsi mühüm yenilikdir. myGov və myGov Biznes platformaları vasitəsilə dövlət xidmətlərinin vahid sistem üzərindən təqdim olunması həm kibertəhlükəsizlik baxımından, həm də xidmətlərin vahid standartlarla göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu, eyni zamanda xidmətlərin əlçatanlığını artırır, prosedurları sürətləndirir və vətəndaşların rahatlığı ilə məmnunluğunun yüksəlməsinə xidmət edir”.
Deputat vurğulayıb ki, rəqəmsal dövlət xidmətlərinin inkişafı şəffaflığın artırılması, idarəetmənin təkmilləşdirilməsi və dövlət-vətəndaş münasibətlərinin daha səmərəli qurulması baxımından da mühüm əhəmiyyət kəsb edir.
Günel Elxan