29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
30 İyun 2025 12:55
6 069
Maku şəhrinin Vətəndaşlıq Qeydiyyatı Şöbəsinin əməkdaşları adı “Batuhan” olan uşağa doğum haqqında şəhadətnamə verməkdən imtina edir və uşağı 5 aydır doğum haqqında şəhadətnaməsiz saxlayırlar.
Bu barədə yeni doğulan körpənin atası Əhməd Feyzullahnejad Balamın Adı kampaniyasına danışıb.
"Oğlumuz 8 fevral 2025-cü ildə dünyaya gəlib və mən həyat yoldaşımla ona Batuhan adını seçmişik. Maku Vətəndaşlıq Qeydiyyatı Şöbəsinin əməkdaşları bildiriblər ki, Vətəndaşlıq Qeydiyyatı İdarəsinin Ad Seçmə Sistemində bu ad olmadığı üçün ona doğum haqqında şəhadətnamə verə bilmirik. Biz onlara türk olduğumuzu və oğlumuza türk adı vermək istədiyimizi desək də, onlar bu məsələyə Tehranın qərar verdiyini dedilər. Biz də məsələ ilə bağlı vəkil tutub məhkəməyə müraciət etdik. Uşağımızın Vətəndaşlıq Vəziyyəti Qeydiyyatı İdarəsi tərəfindən sənədsiz saxlanması bizə xeyli problemlər yaradıb. Biz onun peyvəndlərini almaqda çətinlik çəkirik, Səhiyyə İdarəsi ona uşaq baxımı kartı verməyib, o, həmçinin tibbi sığortadan və süd qarışığından məhrum edilib." - deyə ata bildirib.
Gunaz.tv
28 Avqust 10:48
1 589
25 Avqust 11:15
2 751
25 Avqust 11:13
2 632